25 
Okt
2023
13:18
11
116
3760
Virtual karabakh

Bakıda yol nişanları sürücüləri çaşbaş qoyub? - AÇIQLAMA + VİDEO

25 Okt, 2023
13:18
3760

Bakıda yol nişanları sürücüləri çaşbaş qoyub? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində quraşdırılan yol nişanlarının hərəkət iştirakçılarını çaşdırdığı iddia edilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, vətəndaş iddia edir ki, Nəsimi rayonu, Rixard Zorge küçəsində düzünə hərəkət etməyə icazə verən nişan qoyulsa da, iki metr aralıda, ağacın altında quraşdırılan və demək olar ki, budaqlardan görünməyən yol nişanında bunun əksi göstərilir.

Nəqliyyat üzrə ekspert Adil Nəbiyev Oxu.Az-a açıqlamasında bildirib ki, nişanlar arasında heç bir ziddiyyət yoxdur:

“Bunu çəkən sürücü nişanları bilmir. Baş yol nişanının düzünə, sağa və sola dönmə olan nişanla, həmçinin birtərəfli hərəkətin bitdiyini bildirən nişanla eyni yerdə quraşdırılmasında problem yoxdur”.

Ekspert qeyd edib ki, burada, sadəcə, problem nişanın ağacların budaqları altında qalmasıdır:

“Paytaxtda çox yerdə nişanlar ağacların budaqları və ya görünməyən bir yerdə qalır. Aidiyyəti qurumlar birlikdə hərəkət etməli, nişanları görünən yerdə yerləşdirməlidirlər”.

Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

İdarənin inspektoru, polis mayoru Fuad Sultanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə aidiyyəti şöbəyə məlumat verilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri