Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 28-də Yasamal və Nizami rayonlarında elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində transformator məntəqəsində (TM) aparılacaq təmir işləri zamanı Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələri, Tbilisi prospekti və İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nizami RETSİ-nin xidmət ərazisinə daxil olan Keşlə qəsəbəsinin Tahir Bədəlov və Məşədi Hilal Kazımov küçələrində isə saat 09:00-dan 15:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.