"Mən hələ də inanıram ki, balam gələcək".
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, bu sözləri şəhid anası Validə Bağırova deyib.
2020-ci il Vətən müharibəsində şəhid olan Elçin Bağırovun anası Validə xanım oğlunun xatirələri ilə yaşayır. O, yeganə övladının müharibədən qəhrəman kimi qayıdacağına inandığını və hələ də onun yolunu gözlədiyini deyir.
Validə xanım bildirib ki, həyat yoldaşını da üç il əvvəl itirib:
"Yaxşıdır ki, onu özüm yola saldım. O, mənsiz dəli olardı. Bir başqa idi. Mən dözürəm".
Elçin Bağırov Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib və 21 oktyabr 2020-ci ildə şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsindəki xidmətlərinə görə, o cümlədən Xocavəndin azad olunmasına görə medallarla təltif edilib.