Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun dron hücumuna məruz qalıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həlak olub.
O, bazarda ticarətlə məşğul olub.
Hücum zamanı daha bir neçə Azərbaycan vətəndaşı yaralanıb. Onların kimliyi müəyyənləşdirilir.
Ukraynanın paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Aşur Bəhlul oğlu Əkbərovdur.
Əslən Azərbaycanın Lənkəran rayonundan olan Aşur Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib və hadisə yerində həyatını itirib.