17 
Yan
2024
14:24
175
125
2758
Virtual karabakh

Rusiyalı turistlərin Azərbaycana marağı artır

17 Yan, 2024
14:24
2758

Rusiyalı turistlərin Azərbaycana marağı artır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalıların xarici turların erkən rezervasiyasına marağı il ərzində ümumilikdə 77 faiz artıb. Aparıcı istiqamətlər arasında Azərbaycan da var.

Bu barədə dünyada hotel və mehmanxanaların rezervasiyası ilə məşğul olan Rusiyanın Ostrovok.ru saytının məlumatlarından aydın olub.

Bildirilir ki, rusiyalılar tərəfindən Azərbaycana turların erkən rezervasiyası 79 faiz artıb.

Ümumilikdə aparıcı istiqamətlər arasında ölkəmizlə yanaşı Belarus, Türkiyə, Gürcüstan, İtaliya, Ermənistan, Fransa, Tailand və Qazaxıstan da var.

Xatırladaq ki, Bakı rusiyalı turistlərin Yeni il ərəfəsində istirahət üçün seçdikləri ən populyar istiqamətlərindən biri olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri