Bakıda tanınmış idmançı dəm qazından boğularaq ölüb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, dekabrın 28 Nərimanov rayonu ərazisində, Hidayətzadə küçəsi 7/23, mənzil 7-də bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Quliyev Roman Muradxan oğlu kiqboksinq üzrə Azərbaycan çempionu imiş.
Mərhumun dostu, əlbəyaxa döyüş üzrə 3 qat dünya çempionu Anar Süleymanov bildirib ki, Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi, dünya çempionatının bürünc mükafatçısı olan Roman Quliyev dekabrın 28-nə keçən gecə hamamda olarkən keçinib. Bu gün R.Quliyevin 3 mərasimidir.
Verilən məlumata görə, Roman Quliyev 57 kiloqram çəkidə çıxış edirmiş. Onun qardaşı Rolan Quliyev də peşəkar kiqboksçudur. Hər iki qardaş dünya çempionatı və digər mötəbər turnirlərin iştirakçısıdır.