Braziliya millisinin futbolçusu Marselo üçün dünya çempionatı başa çata bilər.
Oxu.Az xəbər verir ki, Madrid “Real”ının sol cinah müdafiəçisi dünən Serbiya ilə oyunun doqquzuncu dəqiqəsində sağ ayağından zədə alıb və meydanı göz yaşları ilə tərk etməli olub.
Onun zədəsinin ciddi olduğu bildirilir. Daha doğrusu, o oynadılsa, ağır fəsadları ola bilər. Bu üzdən 1/8 finalda Meksika ilə oyunda ona istirahət veriləcəyi gözlənilir. Ümumiyyətlə, son xəbərlərə görə, Braziliya yalnız yarımfinala çıxacağı halda, Marselo həmin matçda forma geyinə bilər. Sambaçılar həmin mərhələyə çatmasa, Marselo üçün mundial erkən başa çatmış olacaq.
Onun əvəzləyicisi isə Filipe Luisdir. Madrid “Atletiko”sunun futbolçusu yaxşı müdafiəçi olsa da, hücumlarda Marselo qədər faydalı deyil.
Braziliyanın ulduz futbolçusu üçün mundial başa çata bilər – VİDEO
Səbuhi MUSAYEV
www.oxu.az