Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azad Rəhimov 10 ölkəyə ekspert yardımı etməyi təklif edib
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov dopinq proqramlarının beynəlxalq standartlara uyğun olmayan 10 ölkəyə ekspert yardımını göstərməyə hazır olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, A.Rəhimov bu fikirləri Parisdə 29-31 oktyabr tarixlərində keçirilən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 7-ci sessiyasında səsləndirib.
Təklif müxtəlif ölkələr tərəfindən müsbət qarşılanaraq, çox yüksək dəyərləndirilib. Sessiyada müxtəlif ölkələrin idman strukturlarının rəhbərləri, beynəlxalq idman təşkilatlarının və digər qurumların nümayəndələri iştirak edib.
Səfəri çərçivəsində A.Rəhimov UNESCO-nun baş direktorunun Humanitar və Sosial elmlər üzrə müavini Nada əl-Naşif, Ümumdünya Anti Dopinq Agentliyinin (WADA) yeni seçilmiş prezidenti, Polşanın İdman və Turizm naziri Vitold Banka, Avropa Şurasının İdman Konvensiyalarının direktoru Sergey Xriçikov, Rusiya Federasiyasının İdman naziri Pavel Kolobkov, Səudiyyə Ərəbistanı şahzadəsi Fahad bin Calavi əl-Saud və digərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- BMT: "Azərbaycanda inflyasiya azalacaq"
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- BMT: "2024-cü ildə İranda ən azı 900 nəfər edam edilib"
- Rəsmi Bakının antikolonial çıxışları: Makronun əsassız iddiası
Rəylər