26 
Apr
2022
13:18
85
14
699
Virtual karabakh

Millimiz İslamiadaya hazırlaşmaq üçün Türkiyəyə yola düşdü - FOTO

26 Apr, 2022
13:18
699

Millimiz İslamiadaya hazırlaşmaq üçün Türkiyəyə yola düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stolüstü tennis üzrə milli komanda İslam Həmrəylik Oyunlarına hazırlığa başlayıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Oxu.Az-a verilən məlumata görə, əsas seçmə komandanın üzvləri bu məqsədlə ölkə xaricinə yollanıblar.

Türkiyənin Yalova şəhərində təşkil olunan təlim-məşq toplanışında Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edəcək. Komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçəcək toplanışa mayın 6-da yekun vurulacaq. Seçmə komanda hazırlıq proqramına əsasən ardınca digər toplanışlara da qatılacaq.

Qeyd edək ki, V İslam Həmrəylik Oyunları 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində təşkil olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri