12 
May
2022
19:28
118
12
1343
Virtual karabakh

Stend atıcılığı üzrə Azərbaycan Kubokuna start verilib - FOTO

12 May, 2022
19:28
1343

Stend atıcılığı üzrə Azərbaycan Kubokuna start verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün stend atıcılığı üzrə Azərbaycan Kubokuna start verilib.

Oxu.Az-ın xəbərinə görə, Bakı Atıcılıq Mərkəzində dörd gün davam edəcək turnir stend atıcılığının səngər və dairəvi növlərində – kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçirilir.

Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edir.

Turnirdən öncə açılış mərasimi baş tutub. Açılış mərasimində Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentləri – Zemfira Meftahətdinova, Tofiq Bəylərov və qurumun baş katibi Emin Cəfərov çıxış edib.

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri