20 
Fev
2015
09:12
120
10
6507
Virtual karabakh

Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında - FOTO

20 Fev, 2015
09:12
6507

Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb.

Fevralın 19-da Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edir. 

Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə “A” qrupunda mübarizə aparırlar. “B” qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları çıxış edir.
 
Yarışda baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında 12 güləşçimiz təmsil olunub.
 
Azərbaycan yığması İran komandasına 6:2, Almaniya millisinə və İsveç yığmasına isə 7:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Qeyd edək ki, bu nəticə ilə yunan-Roma güləşi üzrə yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq komandamız yunan-Roma Dünya Kubokunun finalına vəsiqə qazanıb.
 
Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşacaq. Final görüşü 20 fevral saat 18:00-da başlayacaq. İran və Türkiyə yığmaları isə 3-cü yer uğrunda görüşə çıxacaq.
 
Xatırladaq ki, ötən ilki yarışda Azərbaycan yığması ilk dəfə olaraq üçüncü yeri tutmuşdu.

AZƏRBAYCAN-İran 6:2 

59 kq - Rövşən Bayramov - Mohsin Hacıpur 3:4
66 kq - Həsən Əliyev - Afşin Biabanqard 5:0
71 kq - Rəsul Çunayev - Ramin Taheri 4*:4
75 kq - Elvin Mürsəliyev - Yusif Əkbəri 2:0
80 kq - Rafiq Hüseynov - Həbibulla Əxlaqi 5:4
85 kq - İslam Abbasov - Mojtaba Kərim Fard 10:4
98 kq - Orxan Nuriyev - Mehdi Əliyari 0:1
130 kq - Sabah Şəriəti - Behnam Mahdi Zade 8:0

AZƏRBAYCAN-Almaniya 7:1

59 kq - Elman Muxtarov - Deniz Menekse 9:3
66 kq - Həsən Əliyev - Mattias Maasch 1:0
71 kq - Rüstəm Əliyev - Maksmilian Şvabe 8:0
75 kq - Elvin Mürsəliyev - Jan Rotter 5:1
80 kq - Rafiq Hüseynov - Paskal Eysele 3:0
85 kq - Şəhriyar Məmmədov - Jan Fischer 2:0
98 kq - Orxan Nuriyev - Feliks Radinqer 2:3
130 kq - Sabah Şəriəti - Eduard Popp 1:0

AZƏRBAYCAN-İsveç 7:1

59 kq - Elman Muxtarov - Joakim Fagerlund 5:0
66 kq - Kamran Məmmədov - Frunze Harutunyan 6:2
71 kq - Rəsul Çunayev - Şarur Vardanyan 4:0 (tuşe)
75 kq - Elvin Mürsəliyev - Robert Rosengren 8:0
80 kq - Rafiq Hüseynov - Lenni Persson 8:0
85 kq - İslam Abbasov - Jim Pettersson 2:0
98 kq - Orxan Nuriyev - Teodoros Tounusidis 2:1
130 kq - Sabah Şəriəti - Johan Euren 0:2

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri