“Nəticənin bizim xeyrimizə olacağına ümid edirəm. Rəqib revanş almaq istəyir. Bu səbəbdən çətin olacaq”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
26 yaşlı hücumçu bütün azarkeşləri tribunada gözlədiklərini bildirib.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Daha çox şəkil burada: Photostock.az
Rəylər