12 
May
2023
16:52
77
17
1298
Virtual karabakh

Bakıda peşəkar MMA və kikboksinq gecəsi keçiriləcək - FOTO/VİDEO

12 May, 2023
16:52
1298

Bakıda peşəkar MMA və kikboksinq gecəsi keçiriləcək - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 14-də Zabit Səmədov İdman Klubu tərəfindən “New Generation Fighting 2” peşəkar MMA və kikboksinq gecəsi keçiriləcək. “Bakı İdman Sarayı”da təşkil olunacaq turnir Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Oxu.Az xəbər verir ki, bununla əlaqədar bu gün mətbuat konfransı və “Face-to-face” mərasimi keçirilib. Mətbuat konfransında idmançılar jurnalistlərin suallarını cavablandırıblar.

Zabit Səmədov bildirib ki, bu yarışı keçirməkdə məqsəd gənclərə yol açmaqdır:

“Onlar məşq edirlər, amma döyüşmək imkanları yoxdur. Azərbaycanda belə təşkilatlar olmalıdır ki, gənclər təcrübə qazansınlar. Belə də, onlar özlərini göstərə bilərlər. Gələcəkdə hər çəkidə kəmər döyüşü də olacaq. Bu yarışı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edirik”.

Daha sonra döyüşçülərin “Face-to-face” mərasimi keçirilib.

Daha çox şəkil burada: PhotoStock.az

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri