23 
Okt
2023
17:42
229
24
9375
Virtual karabakh

“Bayer”lə oyun öncəsi legionerindən “Qarabağ”a şad xəbər

23 Okt, 2023
17:42
9375

“Bayer”lə oyun öncəsi legionerindən “Qarabağ”a şad xəbər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın Monteneqro millisinin heyətində zədələnən futbolçusu Marko Yankoviç məşqlərə qayıdıb.

Oxu.Az xəbər verir ki, yarımmüdafiəçi bu gün hazırlıq prosesində iştirak edib.

M.Yankoviçin Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada “Bayer”ə qarşı matçda meydana çıxıb-çıxmayacağı hələ dəqiq bəlli deyil. Onunla bağlı yekun qərar oyun günü veriləcək. 28 yaşlı yarımmüdafiəçinin leverkuzenlilərlə görüşdə meydana çıxmaq ehtimalı böyükdür. Daha əvvəl onun bir-iki həftə oynamayacağı bildirilmişdi.

Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək “Bayer” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri