28 
Okt
2023
21:13
120
22
2440
Virtual karabakh

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Kəpəz”i darmadağın edib - YENİLƏNİB

28 Okt, 2023
21:13
2440

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Kəpəz”i darmadağın edib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Qərb derbisində “Turan Tovuz” “Kəpəz”i qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə bitib. Qolları 45-ci dəqiqədə Otto Con, 54-cü dəqiqədə Roderik Miller, 58-ci dəqiqədə Sertan Taşkın, 67-ci dəqiqədə Luis Paçu vurub.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu beşinci sırada “Neftçi”yə çatıb. Gəncə təmsilçisi isə altı xalla sonuncu - 10-cu yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə “Zirə” “Səbail”lə heç-heçə edib - 2:2. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.

18:07

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

“Report”un məlumatına görə, günün ilk oyununda “Zirə” “Səbail”i qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Qartallar”ın qollarını 19-cu dəqiqədə İssa Cibrilla, 78-ci dəqiqədə Rüstəm Əhmədzadə vurub. “Dənizçilər”in heyətində isə 31 və 34-cü dəqiqələrdə Pedro Nuno fərqlənib.

“Zirə” 21 xalla liderliyini davam etdirir. “Səbail” 18 xalla üçüncü sıradadır.

Qeyd edək ki, günün digər görüşündə “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri