12 
Noy
2023
12:16
123
26
2446
Virtual karabakh

Harri Keyn Bundesliqada qol rekordu qırıb

12 Noy, 2023
12:16
2446

Harri Keyn Bundesliqada qol rekordu qırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasının 11-ci turunda “Bavariya” “Haydenhaym”ı 4:2 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin hücumçusu Harri Keyn qarşılaşmada iki qol vuraraq Bundesliqa rekorduna imza atıb.

İngilis futbolçu Bundesliqanın ilk 11 turunda 17 qol vuran birinci futbolçu olub. Bundan əlavə, o, ardıcıl dördüncü oyunda birdən çox qol vurub.

30 yaşlı hücumçu bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 16 oyuna çıxıb. Onun aktivində 21 qol və yeddi məhsuldar ötürmə var.

Qeyd edək ki, 11 turdan sonra Bundesliqanın turnir cədvəlinə 29 xal toplayan “Bavariya” başçılıq edir. “Bayer” 28 xalla ikinci pillədə qərarlaşıb.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri