28 
Noy
2023
10:30
31
3
941
Virtual karabakh

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

28 Noy, 2023
10:30
941

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.

Oxu.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq.

Premyer Liqa təmsilçilərindən “Turan Tovuz” “Göygöl”ün, “Səbail” isə “Şəfa”nın müqavimətini qırmağa çalışacaq. Qalib komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

28 noyabr (çərşənbə axşamı)

13:30. “Karvan” - “Difai Ağsu”

Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Yevlax şəhər stadionu (canlı, “CBC Sport”)

13:30. “Araz Saatlı” - “İrəvan”

Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Saatlı Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”)

13:30. MOİK - “Cəbrayıl”

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Binə qəsəbə stadionu (canlı, “AzPFL”)

15:00. “Şəfa” - “Səbail”

Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Elman Musayev.

“ASCO Arena” (canlı, “AzPFL”)

17:00. “Turan Tovuz” - “Göygöl”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Tovuz şəhər stadionu (canlı, “CBC Sport”)

Qeyd edək ki, II təsnifat mərhələsinin digər matçları 29-30 noyabrda olacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri