Dek
2023
21:33
50
7
1252
Virtual karabakh

Azərbaycan Premyer Liqası: XV turun daha bir oyunu heç-heçə başa çatıb - VİDEO

2 Dek, 2023
21:33
1252

Azərbaycan Premyer Liqası: XV turun daha bir oyunu heç-heçə başa çatıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ikinci matçında “Sumqayıt” “Turan Tovuz”un qonağı olub.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Gənclik şəhəri”nin təmsilçisində 6-cı dəqiqədə Elvin Bədəlov, 35-ci dəqiqədə Roi Kehat fərqlənib. Meydan sahiblərinin qollarını 49-cu dəqiqədə Luis Paçu, 54-cü dəqiqədə Otto Con vurub.

“Sumqayıt” hazırda 23 xalla üçüncü, “Turan Tovuz” 16 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə “Araz-Naxçıvan” “Səbail”lə heç-heçə edib - 1:1. XV turun digər oyunları 3-4 dekabrda olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri