23 
Fev
2024
18:48
339
12
1803
Virtual karabakh

“Qarabağ”ın qapıçısı: “Bayer 04”ə qalib gəlməyə və yolumuza davam etməyə çalışacağıq

23 Fev, 2024
18:48
1803

“Qarabağ”ın qapıçısı: “Bayer 04”ə qalib gəlməyə və yolumuza davam etməyə çalışacağıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qələbə qazanmağa və yolumuza davam etməyə çalışacağıq”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov "Matç TV"yə müsahibəsində Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna rəqib olmaları barədə danışarkən deyib.

Rusiyalı qolkiper Leverkuzen təmsilçisinin çox yaxşı komanda olduğunu bildirib: “Daha əvvəl qrupda üz-üzə gəlməyimiz bir tərəfdən müsbət məqamdır. Bu kollektivlə tanışıq. Rəqib məğlubiyyətsiz oyunlar seriyasına malikdir və onlarda əlavə stimul var. Bu, “Bayer 04”dür. Onlara qarşı yaxşı mübarizə aparmaq lazımdır”.

A.Lunyov 1/8 finalda mümkün rəqiblərdən ən çətini ilə üz-üzə gələcəklərini söyləyib: “Onlar turnirin favoritlərindən biridirlər. “Slaviya” (Çexiya) düşsəydi, daha asan olardı. Amma məncə, indiki mərhələdə zəif rəqib yoxdur”.

Qeyd edək ki, “Qarabağ” ilə “Bayer 04” arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək. Lunyov 2021-2023-cü illərdə Leverkuzen təmsilçisinin formasını geyinib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri