24 
Fev
2024
01:28
105
43
2917
Virtual karabakh

Bundesliqa: “Bayer” məğlubiyyətsizlik seriyasını 33 oyuna çatdırdı - VİDEO

24 Fev, 2024
01:28
2917

Bundesliqa: “Bayer” məğlubiyyətsizlik seriyasını 33 oyuna çatdırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasında 23-cü tura start verilib.

Turun açılış matçında lider “Bayer” doğma arenada autsayder “Mayns”la qarşılaşıb.

Görüşün artıq 3-cü dəqiqəsində Caka hesabı açaraq meydan sahiblərini önə çıxarıb. Lakin 5 dəqiqə sonra Kor hesabı bərabərləşdirib. 68-ci dəqiqədə Leverkuzen klubu Andrixin qolu ilə yenidən irəli keçib. Matçın 80-ci dəqiqəsində “Mayns” azlıqda qalıb. Lakin bu yekun nəticəyə təsir göstərməyib - 2:1.

Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv hazırda 61 xalla Bundesliqada liderdir. Komanda ikinci sıradakı “Bavariya”nı 11 xal qabaqlayır. Münhenlilərin aktivində bir ehtiyat oyunu var. “Mayns” isə 15 xalla 17-cidir.

Qeyd edək ki, bu qələbə sayəsində “Bayer” bütün turnirlər daxil olmaqla, məğlubiyyətsiz oyunlar seriyası 33-ə (29 qələbə, 4 heç-heçə) çatdırıb.

Xatırladaq ki, Leverkuzen komandası UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la oynayacaq. Oyunlar mart ayının 7 və 14-də keçiriləcək.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri