24 
Fev
2024
11:50
38
98
3878
Virtual karabakh

“Fənərbağça”nın skautları “Qarabağ”ın futbolçusu üçün Bakıya gəliblər

24 Fev, 2024
11:50
3878

“Fənərbağça”nın skautları “Qarabağ”ın futbolçusu üçün Bakıya gəliblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Fənərbağça” klubunun skautları “Qarabağ”ın futbolçusu Olavio Juninyo üçün Bakıya gəliblər.

Onlar “Qarabağ”ın Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdırdığı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu izləyiblər.

İstanbul təmsilçisinin braziliyalı forvard barədə araşdırmaları davam etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, Juninyo 2023-cü ilin yayında “Qarabağ”a keçib.

Xatırladaq ki, səfərdə “Braqa”ya qalib (4:2) gələn “köhlən atlar” Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Komanda bu raundda Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək.

Mənbə: Fotospor

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri