27 
Fev
2024
11:24
99
19
2868
Virtual karabakh

Qvardiola “Qarabağ”ın rəqibinin baş məşqçisi barədə: “Fantastik işlər görür”

27 Fev, 2024
11:24
2868

Qvardiola “Qarabağ”ın rəqibinin baş məşqçisi barədə: “Fantastik işlər görür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bayer 04” klubunun çalışdırıcısı Xabi Alonsonun işini yüksək qiymətləndirib.

53 yaşlı mütəxəssis bildirib ki, Xabi Alonso “Bayer 04”də fantastik iş görür.

“Bayer 04” Bundesliqada Münhen “Bavariya”sı ilə rəqabət aparan və məğlubiyyət görməyən yeganə komandadır”, - deyə təcrübəli ispan mütəxəssis vurğulayıb.

Qeyd edək ki, “Bayer 04” 2023/2024 mövsümündə məğlub olmayıb. Almaniya təmsilçisi UEFA Avropa Liqasının 1/8 finalında “Qarabağ”la qarşılaşacaq. Komandalar arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə keçiriləcək.

Mənbə: Metaratings.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri