27 
Fev
2024
13:08
12
42
756
Virtual karabakh

“Kəpəz”in İdarə Heyətinin sədri: “Qəbələ” ilə aramızda hansısa narazılıq yoxdur”

27 Fev, 2024
13:08
756

“Kəpəz”in İdarə Heyətinin sədri: “Qəbələ” ilə aramızda hansısa narazılıq yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ”nin bu addımını normal qarşıladıq. Aramızda hansısa narazılıq yoxdur.

Bunu “Report”a açıqlamasında “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri ev oyunlarını Qəbələ şəhər stadionunda keçirə bilməyəcəkləri ilə bağlı danışarkən deyib.

Funksioner Premyer Liqadakı əsas rəqiblərinin ot örtüyünün yüklənməsi ilə bağlı bu addımı atdığını bildirib:

“Burada yeni baş məşqçinin tələbi olduğunu düşünmürəm. Yalnız öz oyunumuza baxırıq. Bizi yalnız əldə etdiyimiz nəticələr maraqlandırır”.

Klub rəsmisi Tovuz şəhər stadionunun onlar üçün daha əlverişli olduğunu söyləyib:

“Komandamız təbii meydanda məşq edir. Belə meydanda da oynamaq əlavə üstünlükdür. Futbolçular orada özlərini daha rahat hiss edirlər. Lakin yol və məsafə baxımından Tovuz daha uyğundur. İlk olaraq ev qarşılaşmalarımızı burada oynayırdıq. Tovuz şəhər stadionunda işıq dirəyinin aşmasından sonra ev matçımızı həmin arenada keçirə bilmədik. Həmin vaxt Qəbələ şəhər stadionunu seçmişdik. “Neftçi”yə qarşı növbəti ev oyunumuzu da məhz Tovuzda keçirəcəyik. Ondan sonra qərar veriləcək. Ardınca milli fasilə gəlir və bu vaxtadək ev matçlarımızın məkanını təyin edəcəyik”.

İlqar Nadiri komandanın paytaxtda oynaya biləcəyini də istisna etməyib: “Oradakı stadionların ot örtüyünə, klubların qrafikinə də nəzər yetirilməlidir. Milli fasiləyə qədər yekun qərarımızı verəcəyik”.

Qeyd edək ki, “Kəpəz” Gəncə şəhər stadionunun yenidən qurulmasına görə ev oyunlarını bu arenada keçirə bilmir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri