Mar
2024
09:16
52
5
1720
Virtual karabakh

Çempionlar Liqası: “Bavariya” “Latsio”nu, “Real Sosyedad” PSJ-ni qəbul edəcək

5 Mar, 2024
09:16
1720

Çempionlar Liqası: “Bavariya” “Latsio”nu, “Real Sosyedad” PSJ-ni qəbul edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk olaraq iki matç keçiriləcək.

Almaniya çempionu “Bavariya” İtaliyanın “Latsio” komandasını qəbul edəcək. Romadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıblar - 1:0.

Münhen təmsilçisində Dayot Upamekano cəza, Bouna Sarr və Kinqsli Koman zədə səbəbindən qarşılaşmanı buraxacaqlar. Romalılar zədə ucbatından Patrisio Qabarronun xidmətindən yararlana bilməyəcəklər.

Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada “Real Sosyedad”la üz-üzə gələcək. İlk görüşdə Paris klubu qalib gəlib - 2:0.

Meydan sahiblərində Alvaro Odriozola, Arits Elustondo və Carlos Fernandes, qonaqlarda Presnel Kimpembe, Milan Şkrinyar və Marko Asensio zədəlidirlər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri