"Kiçik və Orta Biznesin Dostu (KOB Dostu)" teqi üzrə xəbərlər

Agentlik qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə yeni idarəetmə modelləri tətbiq etməkdədir. Hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir.

KOB dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilmişdir. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilir və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq edilir.

KOB dostlarının fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsindən ibarətdir. Bu istiqamətdə fəaliyyət bir tərəfdən mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi, bu dəstəklərə KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, digər tərəfdən Agentliyin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönəlmişdir.

KOB dostlarının fəaliyyətinin digər mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi istiqamətindədir. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərinin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasinda yerində operativ həlli nəzərdə tutulur.

KOB dostlarının fəaliyyətinin daha bir mühüm istiqaməti sorğu və monitorinqlərin həyata keçirilməsidir. Sahibkarlarla sıx əlaqədə olan KOB dostları onların inkişaf ehtiyaclarını sorğular və digər vasitələrlə öyrənir.