Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Şahdağ”ın yeni rəhbəri planlarını açıqlayıb
Ümid edirik ki, bizə soyuq qar gətirmisiniz, çünki sabahdan qar gözləyirik.
Oxu.Az xəbər verir ki, bu sözlərlə “Şahdağ” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rodderix Mark Leffler Bakıdan gələn jurnalistlərə müraciət edib.
R.Lefflerin sözlərinə görə, hazırda süni qar sürüşmə zolaqlarının yaxşı vəziyyətdə qalması üçün istifadə edilir.
“Yerin səthi soyuq olduğundan süni qar üçün çəkilən məsrəflər az olsa da kompleks səbirsizliklə qar gözləyir. Qarşıya qoyulan əsas məqsəd Şahdağı əla bir əyləncə mərkəzinə çevirmək və daha çox turist cəlb etməkdir. Bunun üçün əyləncə mərkəzlərinin sayı və xidmət çeşidləri artırılacaq. Bunların fonunda keyfiyyət başlıca amil olaraq qalacaq.
Kompleksin müştəri potensialına gəlincə, hazırda turistlərin 50 faizi yerli, 50 faizi isə xarici turistlərdir. Xarici turistlərin sayında isə Gürcüstan və Rusiya öndədir.
”Bu həftənin sonundan xarici turistlərin sayı artacaq və nəticədə yerli turistlərin sayı ilə balans yaranacaq. Əlbəttə xarici turist axınında artım gözləyirik”, - deyə Rodderix Mark Leffler bildirib.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin sözlərinə görə, bu ilin 11 ayında Azərbaycana gələn turistlərin sayı altı faiz artıb:
“Turizm üzrə dövlət proqramına əsasən yaxın beş ildə Azərbaycana gələcək turistlərin sayı azı iki dəfə artacaq”.
K.Quluzadə Dövlət Turizm Agentliyinin tabeliyinə verilən 25 müəssisədə struktur islahatlarının aparıldığını vurğulayıb:
“Şahdağda da struktur dəyişikliyi oldu. Məqsədimiz dövlət büdcəsindən çəkilən məsrəfləri optimallaşdırmaqdır”.
İlhamə Abdullayeva
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər