10 
May
2019
15:07
230
27
9878
Virtual karabakh

Sudur: Qusarın keçmişdən qalan kəndi - FOTO/VİDEO

10 May, 2019
15:07
9878

Sudur: Qusarın keçmişdən qalan kəndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusar rayonunun adı çəkiləndə əksər həmvətənlərimizin, həmçinin, ölkəyə səfər etmiş xarici turistlərin ağlına ilk növbədə “Şahdağ” turizm mərkəzi gəlir. Təəssüflər olsun ki, Qusarın digər guşələri az tanınır. Əlbəttə ki, (Qafqaz sıra dağlarının şimal şərqində dəniz səviyyəsində 4242 m hündürlükdə yerləşən) Laza kəndini çıxmaq şərtilə. Adıçəkilən yaşayış məntəqəsi də son zamanlar rayonun turistləri cəlb edən nöqtələrindən birinə çevrilib.

“Şahdağ” və Laza, çoxları üçün hər şey bununla bitir.

Qusar rayonu, əslində, çox gözəl və maraqlıdır. Ən əsası isə autentikdir (əsl, özünməxsus - red.). Rayonun əksər kəndlərində yüz il əvvəl həyat necə cərəyan edirdisə, indi də eyni tərzdə davam edir. Belə ucqar kəndlərə düşəndə özünü keçmişə, bir neçə əsr geriyə qayıtmış kimi hiss edirsən. Həm yerli turist, həm də xarici vətəndaş üçün bu, olduqca maraqlıdır. Füsunkar təbiəti və göz oxşayan mənzərələri ilə həmin guşələr adamı valeh edir, orada ilk dəfə olanlara çox xoş təəssürat bağışlayır.

Sudur kəndi – Qusar rayonunun qərbində yerləşən kənddir, onu Rusiya sərhədi ilə təxminən 1 kilometr ayırır. Kəndin 60 evi dik dağ üzərində yerləşib. Kəndə yolla dörd saata çatmaq olur. Hər hansı asfaltdan söhbət belə gedə bilməz. Ona görə avtomobillə sürət yığmaq mümkün olmur. Bir daha təkrarlayıram. Dörd saatlıq yoldur. Halbuki kənddən Qusar şəhərinə qədər cəmi 60 km-lik məsafə var.

Bu diyarlarda at ən populyar nəqliyyat növüdür. Orada tək-tük minik maşınları gözə dəyir (əksər hallarda “Niva”). İnsanları çox qonaqpərvər və mehribandır.

Düzgün yanaşma olsa, bu məkanı Azərbaycanın növbəti turistik “Məkkə”sinə çevirmək olar. Həm turistlərə maraqlı olar, həm də bundan yerli sakinlər qazanar. Ona görə ölkədə turizmin inkişafına cavab verən məmurların böyük turistik potensialı olan bu bölgəyə diqqət ayırmasını çox istərdik.

Aşağıda fotoşəkillərlə yanaşı, Qusar rayonu və Sudur kəndinə aparan yolla bağlı videoçarx yerləşdirmişik.

Həmid Həmidov

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri