"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Borussiya Dortmund"a məğlub olub.
Oxu.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 1:2 hesabı ilə qalib gəliblər.
Bundesliqa təmsilçisinin heyətində Seru Girassi (10, 53) dubl müəllifi olub. Azərbaycan çempionunun yeganə qolu isə Eyden Makkartinin (39) adına yazılıb.
Qeyd edək ki, çempionumuz turnirdə növbəti görüşünü noyabrın 4-də, səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçirilən "Sabah" - "Borussiya Dortmund" qarşılaşmasında qonaqlar yenidən hesabda irəli çıxıblar.
Oxu.Az xəbər verir ki, oyunun 53-cü dəqiqəsində Girassi dubl edib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçirilən "Sabah" - "Borussiya Dortmund" qarşılaşmasında ev sahibləri hesabı bərabərləşdiriblər.
Oxu.Az xəbər verir ki, cavab qolunu 39-cu dəqiqədə Makkarti vurub.
Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçirilən "Sabah" - "Borussiya Dortmund" qarşılaşmasında hesab açılıb.
Oxu.Az xəbər verir ki, oyunun 10-cu dəqiqəsində Girassi qonaqları hesabda irəli çıxarıb.
Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Sabah" - "Borussiya Dortmund" qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, görüşü ispaniyalı hakim Xavyer Alberola Roxas idarə edir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Sabah" və "Borussiya Dortmund" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
"Borussiya": Qreqor Kobel (q), Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.
Qeyd edək ki, "Sabah" - "Borussiya" görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
"Sabah" klubu bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz üçüncü turda Almaniyanın "Borussiya Dortmund" klubu ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
20 oktyabr
20:45. "Sabah" - "Borussiya Dortmund"
Qeyd edək ki, "Sabah" klubu iki turdan sonra 3 xalla 22-ci pillədə qərarlaşıb.