Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi
Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib.
Oxu.Az-ın məlumatına görə, müraciətdə deyilir:
“Hörmətli həmvətənlər!
Xatırladırıq ki, AZAL tərəfindən təşkil edilməsi nəzərdə tutulan mümkün xüsusi reys vasitəsilə ödənişli əsasda təxliyyə edilmək niyyətində olan Polşada yaşayan Azərbaycan vətəndaşları üçün aşağıdakı sənədlərin və məlumatların 14.05.2020-ci il gündüz 12:00-a qədər səfirliyin [email protected] elektron ünvanına göndərilməsi tələb olunur.
1) Pasportun surəti;
2) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti;
3) Polşada yaşamağı təsdiq edən sənədin surəti;
4) Telefon nömrəsi;
5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s);
6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti;
7) Polşaya gəlmə tarixi;
8) Yerləşdiyiniz şəhər”.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Vladimir Putinin İlham Əliyevə zəngi: Rusiyanın etirafı və günahkarları gözləyən aqibət...
- Təyyarə qəzasında həlak olan növbəti 24 nəfərin nəşi bu gün Bakıya gətiriləcək
- ICAO təyyarə qəzasının araşdırılması üçün ekspert göndərməyə hazırdır
- AZAL-ın əməkdaşı qəzada həlak olan ekipaj üzvləri barədə danışdı
- "Haber Global": "Ruslardan üstüörtülü etiraf - Təyyarə vurulan zaman HHM sistemi işə düşüb"
Rəylər