14 
Apr
2022
03:08
353
12
2425
Virtual karabakh

Populyar Latın Amerikası ölkəsi peyvənd olunmamış turistlərə qapılarını açdı - FOTO

14 Apr, 2022
03:08
2425

Populyar Latın Amerikası ölkəsi peyvənd olunmamış turistlərə qapılarını açdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina hökuməti COVID-19-a qarşı peyvənd vurdurmayan turistlərə ölkəsinə daxil olmağa icazə verib.

Bu barədə Argentina İmmiqrasiya Nazirliyinin saytında məlumat verilib.

Bildirilir ki, Latın Amerikası ölkəsinə gələn turistlərdən peyvənd sertifikatı və ya PCR testinin mənfi cavabı tələb olunmur. Sadəcə koronavirusa yoluxacağı halda xərcləri qarşılayacaq tibbi sığorta və yola düşmədən ən geci 48 saat əvvəl doldurulmuş sağlamlıq bəyannaməsi kifayətdir.

Eyni zamanda, qurumdan vurğulanır ki, peyvənd olunmamış və ya tam vaksinasiyadan keçməmiş səyahətçilərə ölkəyə girdikləri andan 24 saat ərzində koronavirus testindən keçmələri tövsiyə olunur.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri