12 
Sen
2022
16:30
190
59
2778
Virtual karabakh

Rusiyalı turist “təzadlar şəhəri” Bakıya heyran qaldı: “Mütləq qayıdacağam!”- FOTO

12 Sen, 2022
16:30
2778

Rusiyalı turist “təzadlar şəhəri” Bakıya heyran qaldı: “Mütləq qayıdacağam!”- FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İçərişəhər, sadəcə, heyrətamizdir, atmosferlidir, mükəmməl cilalanmış yox, canlıdır. Keçmiş SSRİ ölkələrindən mən yalnız İrəvanda işgüzar səfərdə olmuşam, amma Bakı tamam başqadır!”

Bu barədə Azərbaycana səfər edən rusiyalı turist danışıb.

Bakını təzadlar şəhəri adlandıran qadın buranın bir qədər müasirlik və yeniliyi çoxəsrlik tarixilə harmoniyada yaşadan İstanbulu (Türkiyə) xatırlatdığını bildirib.

“Azərbaycanda turizmin inkişafı haqqında ciddi düşünürlər və bunu çox gözəl edirlər. Bu nəzərə çarpır”, - deyə turist əlavə edib.

O, Bakıda muzeylərə, bazarlara və restoranlara baş çəkməyi, yerli geyim mağazalarına getməyi məsləhət görüb.

Turistin sözlərinə görə, restoranlarda rus dilində də menyular var və işçilərin 90 faizi ingiliscə yaxşı danışır.

“Qəribədir, heç kim “çayevoy” soruşmur və hətta buna işarə etmir”, - deyə rusiyalı öz təəccübünü bildirib.

O, Azərbaycanda rublla ödənişin mümkün olmadığından, həmçinin “Mir” kartı işləmədiyindən dollar aparmağı tövsiyə edib.

“Möhtəşəm tətil keçirdim. Azərbaycan mənim üçün bir kəşf oldu, mütləq qayıdacağam!” - deyə rusiyalı turist sözlərini yekunlaşdırıb.

Bundan əvvəl məlum olmuşdu ki, avqust ayında Azərbaycana ən çox Rusiya vətəndaşları səfər ediblər. Qeyd olunur ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə respublikaya səyahətə maraq iki dəfə artıb.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri