24 
Noy
2023
09:16
117
31
4839
Virtual karabakh

AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb - FOTO

24 Noy, 2023
09:16
4839

AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

24 noyabr 2023-cü il, Bakı - Səyahətləri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb.

Bu barədə AZAL-dan bildirilib.

Biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.

“AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Tətbiqi yükləmək üçün https://bit.ly/azal-app linkinə keçid etmək kifayətdir.

Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir. Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!”

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri