24 
Noy
2023
22:15
33
40
1039
Virtual karabakh

Müzəffər Ağakərimov: “Turizm üzrə dərs deyən müəllim hotel biznesində çalışmalıdır” - FOTO

24 Noy, 2023
22:15
1039

Müzəffər Ağakərimov: “Turizm üzrə dərs deyən müəllim hotel biznesində çalışmalıdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün turizm sənayesinin mövcud vəziyyəti ilə universitetdə hotelçilik üzrə tədris proqramı bir o qədər də üst-üstə düşmür. Bu, bir çox sahələrdə belədir. Ümumiyyətlə bütün sahələrdə olduğu kimi hotelçilik sahəsində də tədris proqramları hazırlanarkən mütəxəssislərin rəyi bilinməlidir. Sənaye sahəsində fəaliyyət göstərən mütəxəssislər də proqram təminatında elə qızıl ortanı seçməlidirlər ki, bu proqram gələcəkdə tələbələrin fəaliyyətinə müsbət təsir göstərsin”.

Oxu.Az xəbər verir ki, bu fikirləri xəbər verir ki, bunu “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, tələbələrin gələcəkdə sənaye sahəsində işlə təminatında problem yaşanmaması üçün bu məqamlara, elmi-praktiki konfranslara üstünlük verilməlidir.

M.Ağakərimov qeyd edib ki, gələcəkdə hotelçilik üzrə tədris proqramlarına müsbət dəyişikliklərin edilməsinə ehtiyac var:

“Mən inanıram ki, gələcəkdə bu proqramlarda müsbət mənada dəyişikliklər olacaq. Tələbələrimiz də düzgün tədris proqramlarını öyrənməklə sənaye sahəsində uğurlu işlərdə çalışa biləcəklər. Ümumiyyətlə bu problem 5-10 ilin söhbəti deyil. Konkret deyimik Avstriyada, İsveçrədə hotel biznesi üzrə tədrisin ¾ hissəsi təcrübəyə ayrılır. Bu proqramın bizdə də tətbiqinə xüsusi diqqət ayrılmasını istərdim. Mən özüm də kurslar apararkən proqramları şəxsən özüm və bu praktikalara əsaslanaraq hazırlayırdım. Məhz Avropa standartlarına uyğun fəaliyyət olmalıdır. Təsəvvür edin qalın bir kitab oxumaqla təyyarəni sürmək və ya avtomobili sərbəst idarə etmək mümkündür? Əlbəttə ki, xeyr. Nəzəri biliklər praktiki vərdişlərlə tamamlanmalıdır. Siz o praktikanı keçməsəniz, təcrübə toplamasanız bu iş ola bilməz. Hər bir sahədə olduğu kimi hotelçilikdə də təcrübəyə üstünlük verilməlidir”.

M.Ağayev ali təhsil müəssisələrində tələbələrə tədris prosesini aparan müəllimlərin paralel olaraq hotel, mehmanxana biznesində fəaliyyət göstərməsinin tərəfdarı olduğunu vurğulayıb:

“Çox düzgün təklifdir ki, dərs deyən müəllimlərin özlərinin də ixtisasartırma kurslarına getməlidir. Bu yeni bir şey deyil. Həyat davam edir, bütün sahələrdə müəyyən dinamika ilə inkişaf gedir. Cürbəcür meyarlar yaranır. Hotel biznesi də dinamik sahədir və müəllimlər bu sahədə yaranan yeniliklərdən məlumatlı olmalıdır ki tələbələrə də bunu ötürsünlər. Müəllimlər ilk növbədə öz üzərində işləmək, karyerasını təkmilləşdirmək üçün bu sahədəki yeniliklərdən geri qalmamalıdırlar. Hər bir özünə hörmət edən müəllim öz üzərində işləməlidir və heç vaxt “mən hər şeyi bilirəm” deməməlidir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri