Bakı - “Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
6:09
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Vnukovo hava limanından J2-5829 nömrəli Moskva-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Buna səbəb Gəncə hava limanının ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.
Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.
![](https://img.youtube.com/vi/W-yTtLDb_-0/sddefault.jpg)
AZAL-ın Moskva-Gəncə təyyarəsi marşrut üzrə yola salınıb - YENİLƏNİB + VİDEO
Rəylər