“Azərbaycan Hava Yolları” QSC (AZAL) namizədləri aviaşirkətin təcrübəli təyyarə bələdçiləri komandasına qoşulmağa dəvət edir.
Bu barədə AZAL məlumat yayıb.
Təyyarə bələdçiləri ekipajın ayrılmaz hissəsi olaraq hər bir uçuşda vacib rol oynayırlar. Onlar sərnişinlərin rahatlığı üçün xidmət göstərməklə yanaşı, təyyarə göyərtəsində təhlükəsizliyi təmin edirlər.
Problemlərin həllində çeviklik, hər sərnişinə fərdi yanaşma, istənilən vəziyyətə tez reaksiya vermək bacarığı bu peşəni xüsusi edən əsas cəhətlərdir.
“Təyyarə bələdçisi” vəzifəsinə dair tələblər haqqında ətraflı məlumat üçün bu linkə daxil olun:
Namizədlər bu vakansiya üzrə
Rəylər