Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun nümayəndə heyəti Cəbrayıl şəhərində və Cəbrayıl rayonunun Mehdili kəndində olublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfər iştirakçılarına şəhərdə erməni işğalından azad edildikdən sonra aparılan bərpa və tikinti işlərinin gedişi barədə məlumat verilib, minatəmizləmə işlərinin gedişi ilə tanış olublar.
Səyyahlar yeni şəhər infrastrukturunun yaradılması layihələri ilə tanış olublar və regionun transformasiyasının miqyası ilə maraqlanıblar. Onlara Ermənistanın işğalından sonra qalan mina təhlükəsinin miqyası, o cümlədən istehkamçıların fəaliyyəti və ərazinin partlayıcı obyektlərdən təmizlənməsi üçün istifadə olunan müasir texnologiyalar barədə məlumat verilib.
Daha çox foto burada: PhotoStock.az