İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhərində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
Sumqayıtda 55 yaşlı kişi qətlə yetirilib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqla qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, A.Bağıyevin kürəkəni Nurullah Mərdanov saxlanılıb.
Məlumata görə, N.Mərdanov qayınatasını qətlə yetirməzdən əvvəl həyat yoldaşını da bıçaqlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Samir Əli