MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvləri Azərbaycanın azad edilmiş ərazilərinə səfəri çərçivəsində Laçın rayonunda "Hoçazfilm" kinostudiyasını ziyarət ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfər zamanı iştirakçılar studiyanın ərazisində yaradılmış şəraitlə, o cümlədən çəkiliş pavilyonu və inzibati binalarla tanış olublar.
Qonaqlara, həmçinin studiya barədə məlumat verilib. Bildirilib ki, bu studiya Qarabağ və Şərqi Zəngəzurun işğal və müharibədən sonrakı dövrlərini işıqlandıran regional audiovizual mərkəz kimi fəaliyyət göstərir.








Daha çox foto burada: PhotoStock.az
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP ("Most Traveled People") beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcər rayonunda İstisunu ziyarət ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfər zamanı iştirakçılar bölgənin təbii sərvətləri, xüsusilə də şəfalı xüsusiyyətləri ilə tanınan İstisu mineral bulaqları ilə tanış olublar.
İştirakçıların xüsusi təsir bağışlayan bulaqların şəfalı sularında şəxsən çimmək imkanı olub.









Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP ("Most Traveled People") beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcərdə olublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlar Ermənistanın işğalı dövründə törədilmiş dağıntılarla tanış olublar.
Səyyahlara şəhərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri, o cümlədən yeni infrastruktur obyektlərinin, yaşayış evlərinin və ictimai binaların tikintisi haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, ötən gün Beynəlxalq səyyahlar klubu MTP üzvlərinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinə 15 ölkədən olan səyyahlar daxildir. Qrupa klubun təsisçisi, amerikalı səyyah Çarlz Vili rəhbərlik edir.
Üç gün ərzində iştirakçılar Füzuli - Xocavənd - Şuşa - Xankəndi - Xocalı - Ağdam - Kəlbəcər - Laçın - Zəngilan - Cəbrayıl marşrutu üzrə səyahət etməyi planlaşdırırlar.
Səfərin məqsədi işğaldan sonra bərpa edilmiş ərazilərlə, həmçinin regionda aktiv şəkildə aparılan genişmiqyaslı tikinti işlərinin gedişatı ilə tanışlıqdır.
Daha çox foto burada: PhotoStock.az