Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qəbələdən Əbu-Dabiyə 24 dollara aviabilet təklif olunur
Ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcı "Wizz Air" Qəbələdən Əbu-Dabi şəhərinə aviabiletlərin qiymətini 24 dollara qədər endirib.
Oxu.Az xəbər verir ki, həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri - gerçəkləşdiriləcək reyslərə biletin qiyməti 23.99 ABŞ dollarına qədər endirilib.
Xatırladaq ki, iki ay öncə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı "Wizz Air Abu Dhabi"nin iyunun 19-dan etibarən Azərbaycanın Qəbələ şəhərindən Əbu-Dabiyə uçuşlar həyata keçirəcəyi barədə məlumat yayılmışdı. Həmin vaxt biletlərin qiymətinin 45.99 ABŞ dollarından başladığı, aviabiletlərin satışının wizzair.com və aviaşirkətin mobil tətbiqində açıq olduğu bildirilmişdi.
Aytac Qasımova
"Wizz Air" teqi üzrə xəbərlər
- Bəzi hava məkanlarının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib
- Aviaşirkətlər İsrailə uçuşları dayandırırlar
- Əbu-Dabidən Qəbələyə aşağıbüdcəli aviareys açılır
- Ləğv olunan Bakı - Təl-Əviv reyslərinin sərnişinləri nə etməlidirlər?
- Qlobal nasazlıq Azərbaycandakı qurumların işinə necə təsir edib?