"Turoperatorlar Rusiyadan Azərbaycana tur rezervasiyalarında kəskin azalma qeydə almırlar, ləğvetmələr tək-tükdür".
Oxu.Az vedomosti.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Turizm Sənayesi İttifaqının prezidenti İlya Umanski sosial şəbəkə hesabında yazıb.
"Ötən gün KİV-lər Azərbaycana tur rezervasiyalarının kəskin azalması (30-40%) haqqında kütləvi şəkildə xəbərlər yayırdılar. Biz Rusiya Turizm Sənayesi İttifaqında bu məlumatı yoxladıq. Turoperatorların məlumatlarına görə, bu, təsdiqlənmir. Rezervasiyalarda azalma yoxdur. Ləğvetmələr - tək-tükdür, norma çərçivəsindədir", - Umanski qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda turistlərə münasibət xoş olaraq qalır.