Türkiyədə 2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi (İQİ) illik müqayisədə 35.05%, aylıq isə 1.37% artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat verib.
Ən yüksək çəkiyə malik üç əsas xərc qrupunda illik dəyişikliklər qida və alkoqolsuz içkilər üzrə 30.2%, nəqliyyatda - 27.72%, mənzillərdə isə 65.54% artım olub.
Müvafiq əsas qrupların illik dəyişməyə təsiri qida və alkoqolsuz içkilər üzrə 7.6%, nəqliyyatda 4.51%, mənzillərdə 9.22% təşkil edib.