Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 42,5%-ə endirdi
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 250 baza bəndi azaldaraq 45%-dən 42,5%-ə endirib.
Oxu.Az-ın məlumatına görə, bu qərar Pul Siyasəti Komitəsinin iclasının yekunlarına əsasən qəbul edilib.
"Komitə uçot dərəcəsini (birhəftəlik repo hərracı faiz dərəcəsi) 45%-dən 42,5%-ə endirmək qərarına gəldi. Yanvar ayında inflyasiyanın artımından sonra fevral ayında əsas inflyasiya meylləri zəifləyib. Bu dövrdə əsas məhsulların qiymət inflyasiyası nisbətən aşağı səviyyədə qalsa da, yanvara məxsus spesifik artımdan sonra xidmətlər sektorundakı inflyasiya tempi azalıb", - deyə Mərkəzi Bankın bəyanatında qeyd olunub.