“Qardaşım qalmışdı, onu yaralı halda dağıntılar altından çıxartdıq”.
Baku TV xəbər verir ki, bu sözləri Gəncə sakini Elçin Məmmədov deyib.
O bildirib ki, düşmənin Gəncəyə raket hücumu nəticəsində qardaşının dörd övladı dağıntılar altında qalıb:
“Qardaşımın dörd övladı hələ də dağıntılar altındadır. Onlar 33, 18, 11, və 7 yaşlarındadırlar. Dağılan evlərdə 60-ya yaxın insan yaşayırdı”.
Gəncə sakini: “Qardaşımın dörd övladı dağıntılar altındadır” - VİDEO
Rəylər