Noy
2018
17:35
31
122
6367
Virtual karabakh

Rəsmi Bakı: Müdafiə Nazirliyinin Yerevanla rabitəsi yoxdur

6 Noy, 2018
17:35
6367

Rəsmi Bakı: Müdafiə Nazirliyinin Yerevanla rabitəsi yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən David Tonoyanın iki ölkə müdafiə nazirlikləri arasında birbaşa rabitə əlaqəsinin qurulması barədə sensasion bəyanatına cavab verib.

Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan müdafiə nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil. 

“Düşənbədə əldə olunmuş razılığa əsasən, cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil”, məlumatda qeyd edilib.

Qeyd edək ki, Tonoyan bu gün bəyan edib ki, Bakı və Yerevan arasında qurulan əlaqə nazirlər səviyyəsində deyil.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri