Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması xəbərlərinə reaksiya verib.
Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, yayılan məlumatlar dezinformasiya xarakterlidir.
Qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan xəbər həqiqətə uyğun deyil.
“Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur. Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir”, - deyə Müdafiə Nazirliyi bəyan edib.
Rəylər