Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Orduya getmək üçün dörd min nəfər qeydiyyatdan keçib - RƏSMİ
“Biz hər bir halda vətəndaşlarımıza Azərbaycan Respublikasının qanunvericiliyini bu sahədə izah etmişik, çatdırmışıq ki, zərurət yarandıqda təlimatları olan hərbi vəzifəlilər çağırılaraq müxtəlif hərbi hissələrə göndərilə bilərlər”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.
Onun sözlərinə görə, hələ də bir çox şəxslər qeydiyyata alınmamaqla bağlı fikirlər bildirirlər.
“Bu, hərbi vəzifəlilər və yaxud digər kateqoriyada olan Azərbaycan vətəndaşlarının hamısı bizdə qeydiyyatda var. Onların təkrar qeydiyyata alınması, sadəcə, qeydiyyata alınmaqdır. Orduya getmək üçün dörd min nəfər qeydiyyatdan keçib.
Prezident İlham Əliyevin tapşırığı və çıxışından sonra bizim xidmətin yerli idarə bölmələrinə gənclərimizin axını başlayıb. Mən göstəriş verdim, onları rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçirdik”.
İlhamə Əbülfət
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Türkiyəyə səfərindən görüntülər PAYLAŞDI
- Azərbaycan və Türkiyə prezidentlərinin səmimi GÖRÜNTÜLƏRİ
- Azərbaycan və Türkiyə prezidentləri Ankarada iftar süfrəsində iştirak ediblər
- Türkiyə prezidenti: "Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir"
- Ərdoğan: "İğdır-Naxçıvan təbii qaz boru kəməri Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq"