Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezidentin köməkçisi xarici KİV nümayəndələrinə səsləndi: “Cavabdeh deyilik”
“Azərbaycanın işğal altında olan ərazilərinə icazəsiz edilən səfərlər qanunsuzdur. Bu səbəbdən Azərbaycan Ermənistan tərəfinən işğal altında olan ərizələrə gedən xarici KİV nümayəndələrinin təhlükəsizliyinə cavabdeh deyil”.
Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərinə xarici jurnalistləri müxtəlif adlarla dəvət edərək, onları canlı hədəfə çevirməyə cəhd edir:
“Ona görə də xarici KİV nümayəndələrindən bir daha xahiş edirik, Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfərlər etməsinlər. Digər tərəfdən, Azərbaycan Respublikası həmin ərazilərdə fəaliyyət göstərən xarici KİV nümayəndələrinin təhlükəsizliyinə cavabdeh deyil.
Bu cavabdehlik bilavasitə işğalçı Ermənistanın və Ermənistan tərəfindən yaradılmış qondarma rejimin üzərinə düşür”.
Könül Cəfərli
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda barəsində cinayət işi açılan türkiyəli bloqerə qarşı ittihamlar məlum olub
- Erməni generallardan oğurladıqları pulları dövlətə qaytarmaq tələb olunur
- Ermənistan daxili işlər nazirinin səlahiyyətlərini icra edəcək şəxs axtarışındadır
- İrəvana olmayan inam - Şamaxıda İncilə əl basan imansız keşiş
- Dmitri Peskovdan ABŞ ilə bağlı mühüm açıqlama