23 
Okt
2020
02:20
1458
91
51310
Virtual karabakh

Ermənistan ordusunda növbəti biabırçılıq - FOTOFAKT

23 Okt, 2020
02:20
51310

Ermənistan ordusunda növbəti biabırçılıq - FOTOFAKT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan ordusu hərbçilərini nəinki silahla, heç hərbi çəkmələr ilə təmin edə bilmir. 

Sosial şəbəkənin erməni seqmentində Qarabağdakı separatçı, quldur rejimin “rəhbəri” Araik Arutunyanın hərbçilərlə şəkli yayılıb. 

Şəkildə bir işğalçı hərbçinin ayağında tərlik var.

Bölgənin relyefini, havanı nəzərə alaraq, düşmən hərbçilərinin hərbi çəkmə ilə təmin edilməməsi Ermənistan ordusundakı vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha sübut edir. 

Belə olan halda, Azərbaycan Ordusunun zərbələrinə davam gətirməyib, “qəhrəmancasına” geri çəkilən işğalçılara döyüş meydanından tərliklə qaçmaq heç də rahat olmayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri