Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hikmət Hacıyev: “Ermənistan Azərbaycana aid tarixi abidələrin izlərini silməyə çalışır”
“Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə Azərbaycan xalqına, tarixinə aid olan bütün abidələri, izləri dağıtmağa çalışırlar. Dini abidələr mal-qara saxlamaq üçün istifadə olunur. Bu, bütün dünya ictimaiyyəti üçün bir qəsddir”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfindən heç bir dini məbədlərə, kilsələrə qarşı dağıntı xarakterli əməliyyatlar aparılmır:
“Əksinə, biz onları qorumağa çalışırıq. Ermənistan tərəfindən dağıdılan kilsə, məscidlərin qorunması üçün əlimizdən gələni əsirgəmirik. Əgər Ermənistan tərəfindən əməliyyatlar davam edərsə, bu daha çox mədəni abidənin dağıntısına gətirib çıxaracaq”.
O qeyd edib ki, Azərbaycan dini abidələrlə bağlı bundan sonra da əlindən gələni əsirgəməyəcək:
“İşğal olunmuş ərazilərdə dini məbədlər və kilsələr daxil olmaqla bu abidələr bərpa olunacaq ki, sonradan erməni əhalisi də bu dini məbədlərdən istifadə edə bilsinlər. Təəssüf ki, biz fərqli propaqanda məqsədi ilə Ermənistan tərəfindən sui-istifadəni görürük”.
İlhamə Əbülfət
"ADA Universiteti" teqi üzrə xəbərlər
- Ali təhsil sisteminə 7 yeni ixtisas əlavə olunub - Bəs kadr hazırlığı necə gedir?
- Hikmət Hacıyev NATO nümayəndələrini Azərbaycanın təhlükəsizlik siyasəti barədə məlumatlandırıb
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Əli Əhmədov: "Azərbaycanın müstəqillik əldə etməsi Türkiyə üçün də mühüm hadisə idi"
- İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib