28 
Noy
2020
11:06
1086
13
3163
Virtual karabakh

Türkiyə prezidentinin köməkçisi: “Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”

28 Noy, 2020
11:06
3163

Türkiyə prezidentinin köməkçisi: “Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər.

“Son48saat”ın məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

O, Türkiyənin Şərqi Aralıq Dənizi, Kipr və Liviya kimi regional məsələlərdə güclü mövqe sərgilədiyini, həmçinin Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstək verməkdə davam etdiyini bildirib.

“Qarabağdan işğalçı Ermənistanın qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda bir daha bütün dünyaya nümayiş etdirdi. Bəzi ölkələr 30 ildir Ermənistanın Qarabağdakı zülmünə kor və kar qalmağı seçərkən biz səssiz qalmadığımız kimi, Ermənistanın mülki vətəndaşları, şəhərləri bombalamasına da laqeyd qalmadıq, bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq. Qəhrəman hərbçilərimiz ən qısa müddətdə, azərbaycanlı qardaşlarımızın hüquq və mənafelərini qorumaq üçün Azərbaycanda vəzifələrini icra edəcəklər”, - deyə F.Oktay vurğulayıb.

F.Oktay bu müddətdə Türkiyənin 83 milyon tək ürək olaraq Azərbaycanın zəfər çalması üçün əlindən gələn dəstəyi verdiyini, bundan sonra da qardaşları ilə bir və bərabər şəkildə ədalət mübarizəsinə davam edəcəyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri